Modern.az

TQDK müsabiqənin qalib jurnalistlərini elan etdi

TQDK müsabiqənin qalib jurnalistlərini elan etdi

22 Noyabr 2012, 15:31

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibəti ilə KİV nümayəndələri arasında elan olunmuş müsabiqənin nəticələri məlum olub. Müsabiqə iki nominasiya üzrə aparılıb. Belə ki, ən yaxşı yazıların qaliblərini müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük verilib. Bu nominasiya üzrə 3 nəfər qalib elan olunub. “Səs” İnformasiya Agentliyindən – Könül Cəfərova, SalamNews İnformasiya Agentliyindən – Zarina İbrahimxəlilova , APA İnformasiya Agentliyindən – Kəmalə Quliyeva müsabiqənin qalibi seçilib. 

İkinci nominasiya üzrə ən yaxşı video süjetə görə 3 nəfər qalib elan olunub. Birinci yeri “Xəzər” televiziyasından Yelena Sidarenko tutub. Sonrakı yerlərin qalibləri isə İctimai Televiziyadan Ülviyə Əlləzova, Azərbaycan Televiziyasından Ramil Qurbanov olub.

Qaliblərin hər birinə noutbuk hədiyyə edilib .

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!