Modern.az

Nəbiyev amerikalı rəqibini yendi 

Nəbiyev amerikalı rəqibini yendi 

24 Oktyabr 2021, 13:20

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb. 

 

Modern.az xəbər verir ki, 27 yaşlı idmançı Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib. 

 

Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qələbə qazanıb – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). 

 

O, “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı dəfə qalib olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu