Noyabrın 20-də saat 11 radələrində Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15.000 manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Daha sonra onlar bu barədə zərərçəkmişin arvadı Zülfiyyə Nağıyevaya məlumat verməklə ondan pul tələb ediblər. Sonuncunun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev və Əhməd Həsənovun bu qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Bu barədə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında bildirilib.