Modern.az

Rəsul Quliyev qərarını elan etdi: “Seçkilərdə mən iştirak etməsəm, hakimiyyət qalib gələcək” - AÇIQLAMA

Rəsul Quliyev qərarını elan etdi: “Seçkilərdə mən iştirak etməsəm, hakimiyyət qalib gələcək” - AÇIQLAMA

22 Noyabr 2012, 17:35

ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev 2013-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Modern.az bildirir ki, eks-spiker bu barədə qərarını partiya fəalları ilə videogörüşü zamanı bildirib.

 “Sözsüz ki, prezident seçkilərində mən iştirak etməliyəm. Çünki, seçkilərdə mən iştirak etməsəm, hazırki hakimiyyət qalib gələcək. Bunu nəzərə alaraq, gərək mən seçkilərdə mütləq iştirak edəm”, - deyə eks-spiker bəyan edib. R.Quliyev bildirib ki, gələn ilin yayında seçkiyə necə qatılacağı bəlli olacaq.
“Biz təxminən iyun ayında müəyyən edəcəyik ki, prezident seçkilərində kim iştirak edəcək”.

R.Quliyev həmçinin müxalifətin vahid namizəd məsələsini tənqid edərək belə müzakirələrə qoşulmayacaqlarını bildirib. “Biz sözsüz ki, vahid namizədlə bağlı heç bir müzakirə aparmayacağıq. Mən heç vaxt razı olmaram ki, özümün vahid namizədliyi barəsində kimsə, nəsə bir söhbət eləsin”-deyə R.Quliyev vurğulayıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?