“AXCP-nin seçkini boykot edəcəyilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Biz boykot yox, secki şəraitinin demokratikləşməsi ugrunda mubarizə aparmağın terefdarıyıq”.
Bu sözləri AXCP sədrinin müavini Nurəddin Məmmədli Modern.az -a məsələ ilə bağlı partiyanın mövqeyini şərh edərkən vurğulayıb. Partiya rəsmisi bildirib ki, demokratik seçki şəraitində istənilən şəxs marafona qatılmaq imkanı əldə edəcək:
“Belə bir şərait yaransa, istənilən şəxsin öz namizədliyini irəli surərək, secilmək imkanı yaranacaq ki, bu da xalqin iradəsini ifadə edəcək”-deyə N.Məmmədli vurğulayıb.
Qeyd edək ki, son günlər 2013-cü il seçkilərində iştirakla bağlı İctimai Palatada bir sıra fərqli fikirlər ortaya çıxıb. Müsavat başqanı İsa Qəmbər 2013-cü il seçkiləribdə əsas namizəd kimi özünün iştirak edəcəyini élan edib. Bundan sonra AXCP sədri Əli Kərimli seçkilərin boykotunun mümkünlüyü barədə fikirlər səsləndirib.
Modern.az