Ödəmə kartlarının süni artırılmış qiymətlə satışı qəti qadağandır Nar Mobile mobil operatoru balansı artırmaq üçün 2, 5, 10, 20 və 50 AZN nominalında ödəniş kartlarını satışa çıxarır.
“Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan nominallar üzrə ödəniş kartlarının başqa və ya süni artırılmış qiymət ilə satışı qəti qadağandır və qeyri-qanunidir.
Nar ödəmə kartlarını “Nar Dünyası” satış və xidmət mərkəzlərində, diler dükanlarında və ya digər ticarət məntəqələrində əldə etmək mümkündür.
Bundan əlavə, Nar abunəçiləri balanslarını bank və ya bank filialları, AXM-lər, poçt və Paypoint köşkləri, həmçinin internet vasitəsilə də (GoldenPay və Azericard) ödəyə bilərlər”-deyə şirkət bəyan edib.
Modern.az