Modern.az

Daha 383 hərbçimiz Türkiyədə xüsusi təyinatlı kursunu BİTİRDİ

Daha 383 hərbçimiz Türkiyədə xüsusi təyinatlı kursunu BİTİRDİ

Aktual

27 Oktyabr 2021, 13:09

Azərbaycan Ordusunun Türkiyədə təlimə qatılan xüsusi təyinatlıları kursu başa çatdırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının keçirdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. Avqustun 23-dən oktyabrın 16-na kimi davam edən təlimdə 383 azərbaycanlı hərbçinin iştirak edib.

 

 Rəsmi məlumata görə, təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər