Modern.az

Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB

Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB

28 Oktyabr 2021, 18:54

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, nəktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

 

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI