Modern.az

"Bizdə boşanmalar sürətlə artır" - Məlahət İbrahimqızı

Parlament

29 Oktyabr 2021, 11:12

"Son 10 ildə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilib. Bu gün insanların məktəbəqədər müəssisələrdə işlə təminatı ilə bağlı problemlər var. Bütün təhsil siyasəti və onun ideoloji işi Təhsil Nazirliyi tərəfindən aparılmalıdı. Dünyanın inkişaf etmiş əksər ölkələrində Məktəbəqədər təhsil Uşaq müəssisələri əsasən dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərir Bugün ölkədə əsaslı təhsil islahatlarının həyata keçirildiyi zamanda bu müəssisələrin idarəçiliyinin Təhsil Nazirliyinə verilməsi zəruridir"

 

Modern.az xəbər verir ki, deputat bağçalarla bağlı məsələni diqqətə çatdırıb:

 

"Məktəbəqədər təhsilin Təhsil nazirliyinə verilməsinin vaxtı çatıb. Hesab edirəm ki, bu həyata keçirilsə çox yaxşı olar".

 

Məlahət İbrahimqızı boşanmaların sayına da münasibət bildirib:

 

"Dünyanın bir çox ölkələrində ailə institutunun gücləndirilməsi üçün əksər ölkələrdə ailə məhkəmələri fəaliyyət göstərir. Qardaş Türkiyədə artıq 2013-cü ildən və çox da səmərəli fəaliyyət göstərir… Hətta 2019-cu ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə Rusiyada Ailənin və uşaq hüquqlarının müdafiəsi Məhkəməsi yaradılıb. Azərbaycanda da Ədliyyə Nazirliyinin müntəzəm olaraq evlənmə və boşanma ilə verdiyi hesabatlar ölkəmizdə ailə institutunun qorunması üçün bir həyacan siqnalıdır. Bir çox ölkələrlə müqayisədə bizdə boşanmalar sürətlə artır. Bunun müxtəlif səbəbləri var. Bununla bağlı məhkəmə sistemində ailə məhkəmələrinin yaradılması yaxşı olar Düşünürəm ki, ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq siyasəti çərçivəsində Ailə məhkəmələrinin yaradılması çox zəruridir"

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi