Modern.az

Saakaşvilinin tərəfdarları çevrilişə cəhddə günahlandırılır

Saakaşvilinin tərəfdarları çevrilişə cəhddə günahlandırılır

Dünya

29 Oktyabr 2021, 20:53

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlət çevrilişinə cəhdlə bağlı işi araşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə DTX-nin mətbuat katibi məlumat yayıb.

 

Bildirilir ki, ölkənin sabiq prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar.

 

Qeyd olunur ki, Saakaşvili xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi təqdirdə onun tərəfdarları yolları bağlamaq, xaos yaratmaq barədə düşünüblər.

 

DTX bu planların müzakirəsini sübut edən səsyazısı təqdim edib. Səsyazısının məhkəmənin qərarı ilə qeydə alındığı bildirilir.

 

Faktla bağlı dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal