Modern.az

Zelenski: “Bayraktar”ı müdafiə məqsədilə istifadə edirik”

Zelenski: “Bayraktar”ı müdafiə məqsədilə istifadə edirik”

Dünya

29 Oktyabr 2021, 21:35

“Ukraynanın Donbasda Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi müdafiə xarakterlidir”.

 

Modern.az xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.

 

O bildirib ki, “Bayraktar”ın istifadə edilməsi heç bir razılaşmanı pozmur.

 

“Ukrayna ordusu öz torpaqlarını müdafiə etmək zərurətini hiss etdiyi üçün bunu edir”, - deyə Zelenski qeyd edib.

 

Qeyd edək ki, Ukrayna ordusu Donbasda Türkiyədən satın alınan "Bayraktar TB2" PUA-sı ilə Sovet dövründən qalma D-30 topunu məhv edib. Onlar Ukraynanın PUA-dan istifadə etməsinin Minsk razılaşmasına zidd olduğunu iddia ediblər. Müqavilə təmas xəttindən 30 km məsafədə “xarici PUA-ların” istifadəsini qadağan edir. Ancaq “Bayraktar TB2” xarici”ölkəyə deyil, Ukrayna dövlətinə məxsusdur.

 

Ukrayna 2020-ci il dekabrın 14-də Türkiyə ilə ölkənin silahlı qüvvələri üçün hərbi gəmilər və zərbə tipli PUA-ların istehsal edilməsi ilə bağlı müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar olub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal