Səudiyyə Ərəbistanı Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Ər-Riyad hökuməti Livanın krallıqdakı səfirindən 48 saat ərzində ölkəni tərk etməsini istəyib.
Krallıq, həmçinin Livandan bütün idxallara qadağa qoyub.
Qeyd edək ki, Livanın informasiya naziri Corc Kordahi Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı mübarizə aparan "Husi" qiyamçılarına rəğbətini ifadə edib.
Akif İsmayılov