Modern.az

28 Mayda təhlükə - Qatarların hərəkəti DAYANDIRILDI

“28 May”da təhlükə - Qatarların hərəkəti DAYANDIRILDI

30 Oktyabr 2021, 14:50

"Bakı Metropoliteni"nin "28 May" stansiyasında həyəcanlı anlar yaşanıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb:

"Bu səbəbdən "Həzi Aslanov"-"28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub".

 

O qeyd edib ki, "Xətai - "Cəfər Cabbarlı" mənzili istisna olmaqla, "Bakı Metropoliteni"ndə qatarların hərəkətlərinin tənzimlənməsi istiqamətində iş aparlır.

 

 

B. Məmmədov metroda bomba təhlükəsilə bağlı iddiaları təkzib edərək, bunun həqiqətə uyğun olmadığını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular