Türkiyədə son son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan daha 203 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
COVID-19 infeksiyası ilə əlaqədar 344 163 nəfərdən test götürülüb, onların 23 096-nun testi pozitiv nəticə verib. 28 632 nəfər müalicə olunaraq sağalıb.
Ölkənin yetkin əhalisinin 89,21 faizi birinci, 78,32 faizi ikinci mərhələ vaksinasiya olunub.
Akif İsmayılov