Türkiyə Yəməndəki hava limanına gerçəkləşdirilən teraktı qınadığını bəyan edib.
Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Ankara Yəməndəki hava limanında törədilən partlayışı kəskin şəkildə qınayır. Ankara hadisəni mənfur hücum adlandırıb.
Türkiyənin xarici siyasət idarəsi hadisə nəticəsində ölənlərin ailələrinə, eləcə də Yəmən xalqına və hökumətinə baş sağlığı ünvanlayıb.
Turan