Modern.az

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlib

26 Noyabr 2012, 10:54

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, həmsədrlər Bakıya noyabrın 24-də İrəvandan gəliblər. Bu gün onlar Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcəklər.

Görüşlər zamanı həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yeni ideyalarını təqdim edəcək, ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi imkanlarını müzakirə edəcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?