Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Qəbələ” komandası doğma meydanda “Sabah” ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, ölkə çempionatının cari mövsümündə ardıcıl ikinci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qərarlaşıb. Aktivində 15 xal olan “Qəbələ” isə üçüncü sıradakı mövqeyini qoruyub.