Türkiyə "Pəncə Şimşək" və "Pəncə Kaplan" bölgələrində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.
"Şəhidlərimizin qanının yerdə qalmaması üçün İraqın şimalındakı terror yuvalarına qarşı əməliyyatlarımız fasiləsiz davam edir", - deyə Nazirlik qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyə ordusunun hərbi qulluqçusu İraqda əməliyyat zamanı şəhid olub.
Akif İsmayılov