Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 201 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 347 362 nəfərdən test götürülüb, onların 23 948-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 26 175 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,26%-nə bir doza, 78,39%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov