Modern.az

Blinken çinli həmkarı ilə GÖRÜŞDÜ

Blinken çinli həmkarı ilə GÖRÜŞDÜ

Dünya

31 Oktyabr 2021, 23:50

ABŞ Dövlət katibi Entoni Blinken İtaliyanın paytaxtı Romada Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat yayıb.

 

Məlumata görə, görüşdə Blinken Vaşinqton və Pekin arasındakı rəqabəti məsuliyyətlə idarə etmək üçün açıq ünsiyyət kanallarının olmasının vacibliyini vurğulayıb.

 

Görüş zamanı tərəflər Şimali Koreya, Myanma, İran, Əfqanıstan və iqlim böhranı ilə bağlı müzakirələr aparılıb.

 

Blinken həmçinin Çinin Sincan, Tibet, Honq-Konq, Şərqi və Cənubi Çin dənizləri, Tayvan adası, o cümlədən beynəlxalq qaydalara əsaslanan nizamı pozan, ABŞ dəyərlərini, maraqlarını və insan haqlarını pozan bir çox məsələlərlə bağlı narahatlığını ifadə edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal