Modern.az

İspaniyada buğa qaçışları – 1 nəfər ÖLDÜ

İspaniyada buğa qaçışları – 1 nəfər ÖLDÜ

Dünya

1 Noyabr 2021, 00:41

İspaniyanın Onda şəhərində keçirilən buğa qaçışı zamanı 55 yaşlı kişi buynuz zərbələrindən ölüb.

 

Modern.az xəbər verir ki, “Fira de Onda” festivalı zamanı baş verən hadisədə ölən kişi dəfələrlə buğanın hücumuna məruz qalıb.

 

Adı hələ açıqlanmayan şəxs başından zərbə alıb və buğa baldırının damarını qoparıb. Yaxınlıqdakı xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Şəhər şurası ölümcül hadisədən sonra öküz qaçışını əhatə edən festival tədbirlərinin ləğv edildiyini açıqlayıb.

 

Festivalın ən maraqlı hissəsi sayılan buğa qaçışlarında istənilən şəxs iştirak edə bilər. Qaçışlar başlayarkən 12 buğa 850 metr məsafədən insanların üzərinə şığıyır.

 

Qaçışların keçirildiyi 1924-cü ildən bugünədək 12 şəxs aldığı yaralardan vəfat edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal