Modern.az

Medvedev yenidən prezident ola biləcəyini istisna etməyib

Medvedev yenidən prezident ola biləcəyini istisna etməyib

26 Noyabr 2012, 11:37

Rusiyanın baş naziri Dimitri Medvedev yenidən ölkə prezidentliyinə namizəd ola biləcəyini istisna etməyib. Modern.az bildirir ki, baş nazir “Frans-Press” Agentliyinə müsahibəsində bu barədə danışıb. Medvedev həmçinin Putinlə birgə işləməyini “komfort” saydığını deyib.

“Mən çətin ki, başqa bir şəxsin prezidentliyi dövründə baş nazir işləyərdim. Bunu özüm üçün təsəvvür etmirəm. Rahat və komfortlu işləyə biləcəyim yeganə şəxs Vladimir Putindir”-deyə o vurğulayıb.  

Daha sonra Kremlə yenidən qayıtmaq perspektivi barədə sualı cavablandıran Medvedev bildirib ki, “əgər  o zamana kimi kifayət qədər gücü və səhhəti imkan versə, bu hadisənin təkrar baş verəcəyini istisna etmir”.   “Mən bir dəfə demişəm: Heç vaxt heç nədən imtina etmək lazım deyil. Mən bir dəfə axan “çay”a girmişəm. Bu “çay” iki dəfə girmək imkanı olan “çaydır”.-deyə D.Medvedev vurğulayıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?