Modern.az

Şagirdlərin maraq göstərdiyi fənlərin reytinqi açıqlandı

Şagirdlərin maraq göstərdiyi fənlərin reytinqi açıqlandı

26 Noyabr 2012, 12:37

Bakı Şəhər üzrə Təhsil İdarəsinin (BŞTİ) orta məktəb şagirdləri arasında  keçirtdiyi “Bilik yarışı”nda riyaziyyat fənni birinci yeri tutub. Bu barədə Modern.az-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, BŞTİ-i istedadlı uşaqların yaradıcılıq potensialının aşkarlanması, onların istedadlarının inkişaf etdirilməsi məqsədilə hər il şagirdlər arasında bilik yarışları təşkil edir. Bu il də Bakı məktəbləri üzrə 100 minə yaxın şagird noyabrın 15 – də “Bilik yarışı”nda iştirak edib. Birinci- məktəb mərhələsi bütün fənlər üzrə V – XI sinifləri əhatə edib.  Nəticələr noyabrın 23 – nədək BŞTİ-nə göndərilib. Bu il olimpiadaya qatılan şagirdlərin seçimləri arasında riyaziyyat fənni birinci yeri tutub. Halbuki, ötən il fənlərin reytinqinə Azərbaycan dili və ədəbiyyatı fənni başçılıq edirdi. Bu il riyaziyyatdan sonra şagirdlərin fənn seçimi isə belə olub: Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, xarici dil, fizika, biologiya, coğrafiya, kimya, informatika. 

Qeyd edək ki, “Bilik yarışı”nın şəhər turunun I mərhələsi dekabrın 9 – da VII – XI sinif şagirdləri üçün keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?