Modern.az

Məşhur ulduzun Bakı konsertinin videoanonsu yayıldı - VIDEO

Məşhur ulduzun Bakı konsertinin videoanonsu yayıldı - VIDEO

26 Noyabr 2012, 16:52

Modern.az saytı xəbər verir ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun Bakı konsertinin rəsmi videoanonsu yayımlanıb.

Konsert dekabrın 17-18-də Heydər Əliyev Sarayında olacaq. Toni Brekstonun Bakıdakı ilk solo konsert proqramının biletləri artıq satışa çıxarılıb.
Biletlərin qiyməti yerindən asılı olaraq 40, 60, 100, 150, 350, 450 və 600 manat kateqoriyalarında müəyyən edilib.
İkigünlük konsertin biletləri Heydər Əliyev Sarayının kassaları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kassalarında, eləcə də M.Ə.Rəsulzadə küçəsində (“Azərbaycan” kinoteatrının yanında), Üzeyir Hacıbəyli küçəsində (Hökumət evinin arxasında), Lev Tolstoy küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki kassalarda da satışda olacaq.
Noyabrın 23-dən etibarən konsertin rəsmi videoçarxı da ictimaiyyətə təqdim olunacaq.
“Un-Break My Heart”, “I Heart You”, “Spanish Guitar”, “Make My Heart”, “Pulse” kimi məşhur mahnıların ifaçısı Toni Brekston Heydər Əliyev Sarayındakı şousu zamanı 90 dəqiqəlik proqramla pərəstişkarlarının görüşünə gələcək.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu konsert Fondun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində təşkil olunur.

Modern.az Toni Brekstonun Bakı konsertinin rəsmi videoanonsu təqdim edir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi