Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı "Tarixi həqiqətlərin təbliğində xidmətlərinə görə” Avropa Qəzetçilər Dərnəyi tərəfindən “ilin millət vəkili" seçilib.
Bu barədə məlumat verən Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyova bildirib ki, mükafat bu il dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq Avropa Qəzetçilər Dərnəyinin növbəti mərasimində təqdim olunacaq.
Qeyd edək ki, “İlin ən yaxşıları” mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.
Modern.az