Modern.az

ABŞ Cənubi Qafqazdan geri çəkilib  - ŞƏRH

ABŞ Cənubi Qafqazdan geri çəkilib  - ŞƏRH

3 Noyabr 2021, 14:51

ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirləri, həmçinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Çeffer və USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski İrəvanda toplanacaqlar.

 

Məlumata görə, səfərin əsas məqsədi ABŞ siyasətinin regionun hər üç ölkəsi ilə koordinasiya edilməsidir. Bəs ABŞ rəsmilərinin ilk İrəvana toplanmasının səbəbi nədir?

 

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a bildirib ki, ABŞ rəsmilərinin bölgəyə səfəri əslində əvvəllərdə baş verib, amma bu dəfə bir az fərqli bir ərazi seçilib. Ekspertin fikrincə, hazırda  Vaşinqtonun Qafqazda mövcudluğu aşağı səviyyədədir.

 

“Bu dəfəki hədəf İrəvandır. Üç ölkənin səfirinin İrəvanda toplanması Azərbaycanda da müəyyən suallar doğurur. Əslində əvvəllər belə toplantıları Tbilisidə keçirirdilər, çünki Gürcüstan Qafqazda neytral dövlətdir. Həmçinin Gürcüstan və Amerika strateji tərəfdaş kimi daha çox yaxın yaxındır. Ona görə də ABŞ-ın ilk İrəvan toplantısı bizdə müəmmalı qalır. Amerikanın Ermənistana da böyük marağı var. Keçmiş Sovet məkanında Amerikanın ən böyük səfirliyi elə İrəvanda olub. Bu da Rusiyada da müəyyən narahatlıq doğurur. Çünki Ermənistan tamamilə Rusiyadan asılı bir dövlətdir. Amma biz aydın şəkildə deyə bilərik ki, Cənubi Qafqazda Amerika yoxdur. Əsas oyunçular Türkiyə və Rusiyadır. Bölgədəki proseslərə Amerikanın o qədər də təsiri yoxdur. Sadəcə özünü burada da göstərmək istəyir. Amma Rusiya və Türkiyə proseslərə ciddi şəkildə təsir edə bilirlər, onların əsas olması aşkardır. Amerika əgər burada rol almaq istəsə, Azərbaycan ilə də sıx əməkdaşlıq qurmalıdır. Bir tərəfli şəkildə ancaq Ermənistan ilə əməkdaşlığı Azərbaycan tərəfindən qəbul edilməyəcək. Ona görə də vacib olan İrəvanda olan görüşdən sonra verilən açıqlamadır və biz Amerikanın Azərbaycandakı səfirindən də münasibət gözləyirik”.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu