Modern.az

Putin “Bayraktar” qarşısında ACİZ QALIB

Putin “Bayraktar” qarşısında ACİZ QALIB

3 Noyabr 2021, 15:41

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sahəsinə cavabdeh şəxslərə pilotsuz uçuş aparatları (PUA) arsenalını inkişaf etdirməyi tapşırıb.

Noyabrın 2-də Müdafiə Nazirliyinin və müdafiə sənayesi komplekslərinin rəhbərləri ilə görüşündə Vladimir Putin hazırda Rusiya hərbçilərinin sərəncamında 2 min ədəd dronun olduğunu deyib. Prezident vurğulayıb ki, dronlar üzərində əlavə iş aparmaq, onları xüsusilə süni intellekt vasitəsilə təkmilləşdirmək lazımdır.

PUA-lara görə xüsusi müşavirə keçirən Putin “bunun qarşısını almağın yollarını öyrəndik” deyib.

Beləliklə, Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb. Lakin indi Moskvanı əsas narahat edən məsələ Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” PUA-ları tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.


Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək.

“Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını – 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi”.

Ekspert deyirb ki, prezident Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu