Bu gün Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclası öz işinə başlayıb.
Qurumun iclasını QDİƏT PM sədri, Milli Məclisin spikeri Oqtay Əsədov açıb.
İclasda Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin QDİƏT sədri, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun müraciətinin səsləndiriləcəyi gözlənilir.
İclasda QDİƏT PA-nın 20-ci ildönümü haqqında bəyannamə qəbul olunacaq. Həmçinin iqtisadi, ticarət, texnoloji və ekoloji, hüquqi və siyasi məsələlər üzrə dinləmələr keçiriləcək.
Modern.az