Modern.az

Onu Gənclər və İdman nazirinə müşavir təyin etdilər - DOSYE

Onu Gənclər və İdman nazirinə müşavir təyin etdilər - DOSYE

3 Noyabr 2021, 17:04

Gənclər və İdman naziri Fərid Qayıbova yeni müşavir təyin olunub.


Modern.az
xəbər verir ki, bu vəzifəyə Ramil Cabbarov təyinat alıb.

Xəbəri sosial şəbəkə hesabında yeni müşavirin özü paylaşıb.


1988-ci il təvəllüdlü R.Cabbarov 2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.

2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.

2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.

2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində işləyib.

2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə “Biznesin idarə edilməsi” kafedrasının müəllimi olub.

2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.

2018-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabrına kimi UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsində işləyib.

Daha sonra qısa müddətdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər