Modern.az

Nazir komitə sədrinə cavab verdi: “Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”

Nazir komitə sədrinə cavab verdi: “Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”

27 Noyabr 2012, 11:54

Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin düzgün keçirilmədiyi barədə dediyi fikirlərə etiraz edib.
Modern.az saytının məlumatına görə, Misir Mərdanovun Məleykə Abbaszadəyə cavabı bir kəlmədən ibarət olub: “Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”.

Qeyd edək ki, M.Abbaszadə bir neçə gün öncə mediaya açıqlamasında Təhsil Nazirliyinin keçirldiyi “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəb” müsabiqələrindəki şəffaflığı şübhə altına almışdı.

 “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqəsini Təhsil Nazirliyi keçirir. 2007-2008-ci tədris ilindən başlayaraq, hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə 5.000  məbləğində birdəfəlik mükafat verilir.
İlin ən yaxşı 50 məktəbinə isə hər il ayrı-ayrılıqda 10 min manat mükafat verilir.

Mail Ağaxanov

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!