Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

4 Noyabr 2021, 00:18

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 246 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 361 533 nəfərdən test götürülüb, onların 29 764-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 33 366 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,44%-nə bir doza, 78,83%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal