Noyabrın 24-də Xəzər dənizində itkin düşən 3 balıqçı hələ də tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış və geri qayıtmamış 3 nəfər balıqçının axtarışları davam etdirilir.
Nazirlik itkin düşmüş şəxslərin tapılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, 24 noyabr 2012-ci il tarixində axşam Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 4 nəfər - 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu və 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxmış və geri qayıtmayıblar. İtkin düşən balıqçılardan yalnız 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlunun cəsədi tapılıb.
Modern.az