Modern.az

Saakaşvilinin ürəyində problem yaranıb

Saakaşvilinin ürəyində problem yaranıb

Dünya

4 Noyabr 2021, 11:41

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ağırlaşmaqda davam edir.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlama verib.

 

“Saakaşvili həbs olunduğu gündən aclıq edir. Eks-prezidentin test cavablarını almışıq və konsilium keçirmişik. Nəticələr ötən həftə ilə müqayisədə pisləşib. Prezident zəifləyib və ürək döyüntülərinin artmasından şikayətlənir” – deyə Kipşidze açıqlama verib.

 

Eks-prezidentin şəxsi həkimi, vəkilləri və yaxınları hər gün Saakaşvilinin səhhətinin pisləşməsindən danışır. Hakimiyyət orqanları Saakaşvilini yalnız Tbilisidəki həbsxana nəzdindəki xəsətxanaya yerləşdirməyə razıdır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu