Modern.az

Prezident 75 yaşlı məmuru təltif etdi

Prezident 75 yaşlı məmuru təltif etdi

Aktual

4 Noyabr 2021, 13:36

Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib. 

Modern.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. 

1946-cı il təvəllüdlü Kamran İmanov əvvəllər Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.

2008-ci ildə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin olunub.

2018-ci ildə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

K.İmanovun 75 yaşı tamam olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir