Modern.az

Şeyxülislam: “Dünya həqiqətləri bilməlidir”

Şeyxülislam: “Dünya həqiqətləri bilməlidir”

Aktual

4 Noyabr 2021, 13:40

“Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə genişşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir”.

 

 

Modern.az xəbər verir ki,  bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün “Vətən və İman” kitabının təqdimatında deyib.

 

 

O qeyd edib ki, biz Uca Yaradan qarşısında borcumuzu, Vətən qarşısında xidmətimizi layiqli şəkildə həyata keçirməkdən qürur duyuruq:

 

“Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək, Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edib. Erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror aktları, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlıqların dağıdılmasını, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılmasını və dini məbədlərin erməniləşdirilməsini, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırımışıq”.

 

“Azərbaycan xalqı şanlı Zəfəri böyük qurban bahasına əldə etdi. Qazandığımız qələbədə hər bir azərbaycanlının payı var. Bu mücadilədə canından keçmiş minlərlə şəhidlərimizin bizlərin üzərində haqqı var. Vətən müharibəsində xalqımız bütün etnik qrupların və dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib, zəfərə yetişdilər.

 

Azərbaycandakı dini konfessiyalar ölkəmizin haqq işi uğrunda bir yerdə, ciyin-ciyinə cəbhədə vuruşdular. Şəhid övladlarımızı bir yerdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycanın reallığı, multikurtural dəyərlərimizin təntənəsidir. Minnətdarıq ki, dövlət rəhbərimiz dindarların Vətən müharibəsindəki qələbədə rolunu xüsusi qeyd edir”, - deyə Şeyxülislam bildirib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər