Modern.az

Hava yenidən isti olacaq

Hava yenidən isti olacaq

27 Noyabr 2012, 14:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, gecə və səhər ayrı-ayrı rayonlarda çiskin olacağı gözlənilir.  Havanın temperaturu gecə 3-7, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalına gəlincə isə  noyabrın 28-dən  30-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, temperatun ötən günlərə nisbətən 2-4 dərəcə yüksələcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!