Modern.az

“Vətən və İman” kitabının TƏQDİMATI

“Vətən və İman” kitabının TƏQDİMATI

Aktual

4 Noyabr 2021, 14:10

“Bu gün diqqətinizə təqdim etdiyimiz “Vətən və İman” adlı nəşr Birinci və ikinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin imanlı mücadiləsinə, Vətən torpağı uğrunda mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmamış məlumatlar ilk dəfə geniş oxucu kütləsinin diqqətinə təqdim edir”.

 

Modern.az xəbər verir ki,  bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün “Vətən və İman” kitabının təqdimatında çıxışında deyib.

 

O qeyd edib ki, “Vətən və İman” kitabının ingilis dilinə tərcüməsi üzərində işlər gedir:

 

 

“Kitabın əhəmiyyətini nəzərə alaraq, dünya çapında daha çox insanın diqqətinə çatdırılması məramı ilə onun ingilis dilinə tərcüməsi üzərində iş gedir. Vətəni sevən imanlı insanların şücaət və saleh əməllərinə, Azərbaycan multikulturalizminin örnək nümunələrinə dair bu dəyərli nəşrdə əksini tapan həqiqətlər elm və təhsil müəssisələrində öyrənilməli, tədris olunmalı, məscidlərimizdə, din xadimlərimizin moizələrində təbliğ və təşviq olunmalıdır.

Bu kitanın nəşrində əməyi keçən Araz Qurbanova və idarəmizin kollektivinə dərin minnətdarlığımı bildirirəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər