ABŞ-ın əczaçılıq şirkəti "Pfizer" Almaniyanın biotexnologiya şirkəti "BioNTech" ilə birlikdə hazırladıqları koronavirus peyvəndindən bu il 24,1 milyard dollar gəlir əldə edib.
Şirkət bu il ümumi əldə edəcəyi gəlirlə bağlı proqnozunu 7,5% artıraraq 36 milyard dollara çatdırıb. Daha əvvəlki proqnozu isə 33,5 milyard dollar olub. Hesabatlara görə, bu ilin üçüncü rübündə "Pfizer"in gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 134% artıb. "Pfizer"in bu ilin üçüncü rübündə xalis mənfəəti isə 8,2 milyard dollara yüksəlib. Şirkət bu il 2,3 milyard doza vaksin tədarük ediləcəyini proqnozlaşdırır.
Modern.az koronavirus pandemiyası şəraitində tibb şirkətlərinin peyvənd istehsalı barədə məlumat təqdim edir.
“Moderna”. Bu şirkət ilin ilk yarısında koronavirus peyvəndindən təxminən 6 milyard xalis mənfəət əldə edib. Bu, firmanın qurulandan bəri ilk ən böyük göstəricisi hesab olunur. “Moderna” bu il Böyük Britaniyaya 17 milyon, Aİ-yə 460 milyon və ABŞ-a isə 500 milyon doza olmaqla, 20 milyard dollar dəyərində peyvənd müqaviləsi imzalayıb. Şirkət ABŞ hökumətindən bir doza üçün 16,50 dollar, kənar ölkələrdən isə 22-37 dollar alıb. Amerikaya ucuz satmağının səbəbi isə hökümətin peyvəndin hazırlanmasında kömək etməsi ilə bağlıdır. Şirkət həmçinin bildirib ki, “Covax” proqramı çərçivəsində aşağı gəlirli ölkələrə ABŞ hökumətinə verilən qiymətdən xeyli aşağı satılıb.
“AstraZeneca” indiyə qədər qlobal miqyasda 1 milyard doza satıb. Şirkət bu il 2-3 milyard doza peyvənd istehsal etməyi hədəfləyir. “AstraZeneca” əsas Covid-19 peyvəndləri arasında ən ucuzudur və şirkətin bir dozası cəmi 2, 15 dollardır. Amma peyvəndin qan laxtalanmasına mənfi təsiri xəbərləri fonunda Avropa Birliyi yeni dozalar sifariş etməyib. AstraZeneca-nın baş icraçı direktoru Paskal Soriot keçən ay şirkətin gələcəkdə qiymətləri qaldıracağını bildirib. AstraZeneca-nın peyvənd satışından qazancı 40 faiz artaraq 2,1 milyard dollara çatıb. Ümumilikdə isə, şirkətin 2021-ci ildə gəlirləri təxminən 25% artaraq 15,5 milyard dollara çatıb.
Bu günə qədər “Novavax” peyvəndinin 280,000 dozası 298 milyon dollara satılıb. Peyvəndin bir dozası təxminən 20,90 dollara təşkil edir. Avropa Komissiyası 200 milyon dozaya qədər peyvəndi alacağını bildirib. Amma bu peyvənd hələ də Avropa İttifaqının dərman tənzimləyicisi tərəfindən təsdiqlənməyib.
“Sputnik V” 2021-ci ilin sentyabr ayından etibarən dünyanın 70 ölkəsində icazə alıb. Rusiya peyvəndin təsdiqi üçün yanvar ayında Avropa Birliyinə müraciət etsə də, Macarıstan və Slovakiyaistina olmaqla, digər ölkələr tərəfinfən təsidq olunmayıb. Sonradan Slovakiya da aldığı “Sputnik V” vakisnlərini Rusiyaya geri qaytardı. Rusiyanın bu peyvəndlərin satışından 300 milyon qazanacağı gözlənilir.