Modern.az

Saakaşvilinin yaddaşında problem yaranıb

Saakaşvilinin yaddaşında problem yaranıb

Dünya

4 Noyabr 2021, 21:58

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin yaddaşında problemlər yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat verib. 

 

O qeyd edib ki, Saakaşvili özünü çox pis hiss edir. 

 

"Bu artıq fiziki olaraq da müşahidə olunur. Onun ünsiyyət problemi yaranıb və yaddaşında ciddi problemlər var. Saakaşvili insanların adlarını xatırlaya bilmir. Hələlik mənim adımı xatırlayır”, - deyə vəkil bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal