Modern.az

Azərbaycan və İran birgə komitə YARADIR

Azərbaycan və İran birgə komitə YARADIR

Dünya

4 Noyabr 2021, 22:25

"Biz qonşularımızla özümüzü qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsiplərə yüksək dəyər veririk".

 

Modern.az İran XİN-in saytına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

 

O qeyd edib ki, bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri aşmaq üçün hər iki tərəfdə iradə olmalıdır.

 

Abdullahiyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirib.

 

"Bu çərçivədə biz ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik", - deyə iranlı nazir qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal