“Hələ “Azad Azərbaycan” Teleradio Şirkətində çalışarkən paralel olaraq PR və media üzrə şirkətə rəhbərlik edirdim. Hazırda bu sahədə fəaliyyətimi davam etdirirəm”.
Bu sözləri Modern.az saytına açıqlamasında bir müddət öncə ATV kanalından istefa vermiş tanınmış teleaparıcı Emin Musəvi deyib. O, qeyd edib ki, hazırda paytaxtda keçirilən Latviya günlərinin bütün işlərini onun rəhbərlik etdiyi şirkət təşkil edir.
“Eyni zamanda mən ATV-də işlədiyim müddətdə Latviya səfirliyinin KİV-lə əlaqələr üzrə baş məsləhətçisi kimi çalışırdım. Bu fəaliyyətim indi də davam edir. Amma mənim digər televiziyalarda işləməyim barədə məlumatlar yalandır”.