İsveçrə doğulmaq üçün ən yaxşı ölkə adına layiq görülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “The Economist Intelligence Unit” təşkilatı 80 ölkə arasında araşdırma aparıb. Araşdırmanın əsas məqsədi hansı ölkələrdə uzun ömürlülük, siyasi azadlıq, təhlükəsiz iş, iqlim və gender bərabərliyinin olmasını araşdırmaqdır.
80 ölkə arasında ilk yerləri İsveçrə, Avstraliya və Norveç tutur. Bu ölkələr dünyada ən yaxşı ölkə adına layiq görülüb. Məlumata görə, İsveçrə dünyanın ən zəngin ölkələrindən biridir və bu ölkə doğulmaq üçün ən yaxşı ölkə adına layiq görülüb.