Modern.az

Azay Quliyev: “Forumun Bakıda təsis edilməsi qərarı İstanbulda verilib”

Azay Quliyev: “Forumun Bakıda təsis edilməsi qərarı İstanbulda verilib”

27 Noyabr 2012, 17:29

Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri (QDİƏT) Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçirilib. Modern.az xəbər verir ki, bununla bağlı ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. O bildirib ki, iyun ayında İstanbulda olarkən onlar belə bir təkliflə çıxış ediblər.
“Və o zaman Forumun Bakıda təsis olunması qərara alındı. Çox məmnunam ki, Azərbaycanın məhz belə bir mötəbər foruma ev sahibliyi edir və belə bir qurum məhz Bakıda təsis olunub”.

Sonra Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  qonaqlara prezident İlham Əliyevin təşəkkür məktubunu oxuyub.

Bundan sonra Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, forumun Azərbaycanda yaradılması çox mühüm məsələdir. “Yəni bunun xeyli uğurlu olmasını arzu edirəm. Ona görə ki ölkə prezidenti cənab İlham Əliyevin dəstək verdiyi bütün layihələr beynəlxalq miqyasda öz uğurlu nəticələri ilə diqqəti cəlb edir. Hesab edirəm ki, bugünkü tədbirə hesablanmış təbrik məktubu, oradakı fikirlər, forumdan gözləntilər qarşıdakı fəaliyyət dövründə əldə rəhbər tutulacaq, mütləq bu forumun qarşısında qoyulan öhdəliklərə doğru yüksələn xətlə irəliləyəcək”.

Forumunun sonunda  Bakı Bəyannaməsi qəbul olunub. Modern.az xəbər verir ki, bəyannamənin müddəaları Forumun təsis edilməsi, nizamnamənin qəbul edilməsi və fəaliyyətini davamının əlaqələndirilməsi üçün katibliyin yaradılmasını özündə əks etdirir.
“QDİƏT ölkələrinin hökumətləri regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həllinə, etnik separatizmin və terrorizmə qarşı tədbirlərin həyata keçirilməsinə yönəlik təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarına ictimai dəstək təmin edilsin”, – deyə bəyannamədə qeyd edilir.
Bəyannamədə QDİƏT-in ölkələrində demokratiyanın, insan haqlarının qorunması məsələləri QHT-lərin diqqət mərkəzinə çəkilərək deyilir:
“Üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqları naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilsin və onların bu yöndə həyata keçirdikləri layihələr dəstəklənsin”.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri (QDİƏT) Qeyri-Hökumət Təşkilatlarının növbəti forumu Ankarada keçiriləcək.

Anar Kəlbiyev
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!