Modern.az

“Bu qələbənin bir memarı var, o da İlham Əliyevdir” - Bəhruz Məhərrəmov

“Bu qələbənin bir memarı var, o da İlham Əliyevdir” - Bəhruz Məhərrəmov

Aktual

5 Noyabr 2021, 12:36

"Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə böyük Zəfərimizdən bir il ötür. Bu bir il, zəfərin nəticələrinin qorunması baxımdan çox vacib bir dönəm idi ki, Azərbaycan bu mərhələni uğurla adladı"

 

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov bildirib.

 

O qeyd edib ki, kökündə həmrəyliyimiz dayanan bu qələbənin bir memarı var oda cənab İlham Əliyevdir:

 

"Cənab İlham Əliyevin bu qətiyyəti milli səviyyəyə sığacaq məsələ deyil, bu zəfər beynəlxlaq hüququn aliliyini təmin etdi, bütövlükdə bölgənin taleyini dəyişdi. Heç şübhəsiz ki, bizi bu qələbəyə şəhidlərin qanı, qazilərin sağlamlığı, döyüşən oğullarımızın qorxmazlığı apardı. Biz onlara, o cümlədən onların fədakar valideynlərinə nə qədər minnətdar olsaq azdır, Bu zəfərimizin əldə olunmasında müstəsna rolu olanlardan biri heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır ki, qələbə günü ərəfəsində bu adı çəkməmək ədalətsizlik olar. Müharibə dövründə arxa cəbhənin yükü faktiki olaraq onun çiyinlərində oldu, evinə şəhid tabutu gələn ailənin fəryadına yerli strukturlardan daha tez xanım Əliyevanın nümayəndələri yetişdi, Mehriban xanım hər bir şəhid anasının fasciəsini onunla birgə yaşadı. O, hər bir qazi üçün ümid yeri oldu, onların müalicə olunmaları üçün bütün imkanları məhz Mehriban xanım səfərbər etdi. Müharibə dövründə Ermənistan və havadarlarının feyk xəbər strategiyası məhz Mehriban xanım başlatdığı təşkilatlanma sayəsində darmadağın edildi. Bütün təhlükələri gözə alaraq O, cənab Prezidentlə birgə işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzdi, vandalizmə və mədəni terrora məruz qalmış milli mədəni və dini abidlələrimizin öz əvvəlki simasını bərpası istiqamətində köklü işlər başlatdı. Xarı Bülbül festivalı və Vaqif poeziya günlərini ən yüksək səviyyədə təşkil edərək düşmənin mənən sındırılması məhz Mehriban xanımın adı ilə bağlıdır. Ən vacibi isə o bütün bunları cənab İlham Əliyevin rəhbərliyi altında, vahid siyasi xəttin ayrılmaz parçası kimi yerinə yetirdi. Bu mənada hesab edirəm ki, Vətən müharibəsində və post müharibə dövründə Mehriban xanımın müstəsna xidmətlərinin nəzərə alınması,onun ali səviyyədə təltif edilməsi barədə Parlamentdən təşəbbüs göstərilməsi vacibdir. Hörmətli Sədr, Mən zəfərimizin təntənəsini yaşadığımız dövrdə bu fonda başqa bir məqama da diqqət çəkməık istəyirəm. Oktyabrın 25-də Qubadlıda cənab Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə həmkarımız dəyərli ziyalı Tahir Mirkişili çox maraqlı bir fikir ifadə etdi ki, cənab prezident, bu müharibə bir ildir dayansa da, Siz hələ də döyüşürsünüz və hadisələr göstərir ki, biz Sizin rəhbərliyinizlə hələ çox döyüşməli olacağıq." Həqiqətən reallığı çox dəqiq ifadə etmiş bir fikir idi. Bəli bu gün biz mübarizədəyik, amma artıq qalib tərəf kimi, proseslərin gedişi göstərir ki üstünlük bizim tərəfimizdədir, xüsusən də son bir neçə ayda yaşananlar göstərdi ki, biz uğurla bütün xarici təsirləri ram edirik bundan sonra da edəcəyik. Amma o güclərin daxildəki uzantıları ipə-sapa yatmaq istəmir. Təsəvvür edin, İranla münasibət gərginləşir irançı olurlar, Rusiya ilə münasibətlər sərinləşir, rustpərəst olurlar, Türkiyə Azərbaycan münasibətləri ən ali səviyyəsinə çatır bunlar dönüb olurlar Türkiyə müxalifətçisi. Yəni, nə olur olsun, kim olur olsun, bunlar İlham Əliyev əleyhinə birləşməyə hazırdılar, fərqi yoxdur birləşəcəkləri kimidir, bu düşmən də ola bilər, quldur da, terrorçu da, qatı cinayətkarda. Əsas odur Azərbaycan hakimiyyətinə qarşı əks mövqedə olsunlar. Özü də hansı hakimiyyətə! 30 illik işğala son qoyub milli qürurumuzu bərpa edən, tariximizin ən taleyüklü problemini həll edib bizi hərbi-siyasi gücə çevirən bir iqtidara, bir liderə. Bilirsiz cənablar, bu cür olmur, ən azından 28 illik müxalifət təcrübəsi Sizə iqtidar və dövlət arasında fərqi başa salmalı idi. Əlbəttə, bu günkü gündə bu məzmunda danışmağı arzu etməzdim, amma reallığın ifşasından doğan zərurət də nəzərə almaq lazımdır. Hörmətli Sədr mən çıxışımın sonunda qısaca Parlamentin rolunu xüsusi qeyd etmək Sizə xüsusi təşəkkür etmək istəyirəm. İstər müharibə, istər post münaqişə dövründə parlament diplomatiyası məhz sizin rəhbərliyinizlə müstəsna çevikliyi və məhsuldarlığı ilə fərqləndi. Hər kəs şahiddir ki, həmkarlarımızın, başda Siz özünüz, müavinləriniz olmaqla gecəsi gündüzü olmadı və bu mənada qazi parlament adının qürurunu yaşamaq bizə nəsib oldu. Bir daha bayramımız mübarək"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi