2022-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 518 milyon manat vəsait nəzərdə tutulub.
Modern.az-ın məlumatına görə, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2022-ci il dövlət büdcəsində dövlət büdcəsinin Ehtiyat Fondu üçün isə 110 milyon manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.