Modern.az

“YAŞAT” Fondundan Şəhid Arəstənin ailəsinin narazılığı ilə bağlı AÇIQLAMA

“YAŞAT” Fondundan Şəhid Arəstənin ailəsinin narazılığı ilə bağlı AÇIQLAMA

6 Noyabr 2021, 15:30

“Şəhidimiz Arəstə Baxışova Kərim qızının ailəsinin ilk müraciəti müalicə və psixoloji dəstək xərclərinin qarşılanması istiqaməti üzrə qeydə alınıb, daha sonra şəhidin ailə üzvləri adıçəkilən istiqamət üzrə onlara yardım göstərilməsindən imtina edib”.



Bu barədə “YAŞAT Fondu”ndan Modern.az-ın Şəhidin koronavirusa yoluxan ailə üzvlərinin köməksiz qalmaları ilə bağlı saytımıza verdikləri məlumata cavab olaraq bildirilib.


Qeyd edilib ki, 2021-ci ilin 4 may tarixində istehlak kreditləri və borc öhdəliyinin qarşılanması istiqaməti üzrə şəhidimizin anasının müraciəti qeydə alınıb:



"Onun “Unibank” ASC-yə olan 2003.97 AZN (iki min üç manat doxsan yeddi qəpik) borc öhdəliyi Fond tərəfindən qarşılanıb. Şəhidimizin anasının növbəti müraciəti 2021-ci ilin 4 avqust tarixində məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınaraq, onun cari bank hesabına 2021-ci ilin 6 avqust tarixində 2500 manat (iki min beş yüz manat) vəsait ayrılıb.



Şəhidimizin anası 2021-ci ilin 20 sentyabr tarixində Fondun Çağrı mərkəzinə (8110) müraciət edərək şəhidimizin övladlarının analiz verməsi və daxili orqanlarının ultrasəs müayinəsindən (USM) keçirilməsi üzrə onlara yardım edilməsi barədə istəyini bildirib”.



Fondun açıqlamasında həmçinin qeyd olunur ki, 2021-ci ilin 3 noyabr tarixində şəhidimizin qardaşı zəng edərək ailə üzvlərindən birinin COVID-19 virusuna yoxluğunu deyib:


“O,  Şəhidimizin övladlarının müayinə edilməsi üçün həkim heyətinin yaşayış ünvanlarına göndərilməsini xahiş edib. Əməkdaşlar tərəfindən şəhid ailəsi statusuna malik olan şəxslərin İcbari Tibbi Sığorta çərçivəsində təmin edilə bilməyən tibbi xidmətlər və dərman təminatı ilə bağlı Fonda müraciət edə biləcəkləri izah olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə edilib. Eyni zamanda, şəhid övladları üçün təşkil olunan, 2021-ci ilin 16 avqust-20 avqust tarixlərini əhatə edən beşinci "YAŞAT" düşərgəsində şəhidimizin övladları da iştirak edib. Düşərgə zamanı onlar öyrədici təlimlərdə iştirak edərək, hədiyyələr, o cümlədən planşetlə təmin olunublar.  Bununla yanaşı, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidimizin övladları bir illik məktəbli ləvazimatları ilə təmin edilib".


Rəsmi məlumata görə, Şəhidimizin anası ilə 2021-ci ilin 6 noyabr tarixində yenidən əlaqə yaradılıb:



"Fonda müraciət etmə üsulu bir daha izah olunub. Şəhidimizin anası dərman təminatı ilə bağlı Fonda müraciət edəcəyini bildirmişdi. Onun müraciəti qeydə alınacağı halda Fond tərəfindən  dəstək göstəriləcək”.


Nigar Adil

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...