Modern.az

İlyas İsmayılovun partiya sədrləri ilə görüşlərinin məqsədi nədir?

İlyas İsmayılovun partiya sədrləri ilə görüşlərinin məqsədi nədir?

28 Noyabr 2012, 12:41

“Fəaliyyətimizi ümumi istiqamətə çevirmək üçün görüşlər keçiririk”. Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bu partiyanın Vətəndaş İnkişaf  Partiyası (VİP) və Yaşıllar Partiyası (YP) ilə birlik yaradılması məsələsinə münasibət bildirərkən deyib. Eyni zamanda demokratiyanın inkişafı üçün müzakirələr aparıldığını vurğulayan partiya sədri digər problemlərin aradan qaldırılması yönündə də işlərin görüləcəyini söyləyib.

“Korrupsiya ilə mübarizə və Dağlıq Qarabağ probleminin həlli, insan hüquq və azadlıqlarının qorunması naminə siyasi qurumlarla görüşlər keçiririk”, – deyə İ. İsmayılov bildirib.

Ədalət Partiyasının sədri 2013-cü il prezident seçkisində vahid namizədlə iştirak etmək barədə isə hələlik heç bir qərarının olmadığını qeyd edib.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama