Modern.az

“İlqar Məmmədov kimi qanqal toxumlarını təmizləmək lazımdır”- Deputat

“İlqar Məmmədov kimi qanqal toxumlarını təmizləmək lazımdır”- Deputat

28 Noyabr 2012, 13:02

REAL hərəkatının sədri İlqar Məmmədovun Milli Məclisi yenidən təhqir etməsi və parlamenti bir daha “zoopark” adlandırması tərəflar arasında yaranan qalmaqalı daha da alovlandırıb.  Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İlqar Məmmədovun Milli Məclisi növbəti dəfə “zoopark” adlandırmasına sərt reaksiya verib. Deputat Modern.az-a açıqlamasında İlqar Məmmədovun parlamentin əleyhinə ardıcıl təhqiramiz çıxışlar etməsinin arxasında gizli məqamların olduğunu bildirib.

“Mən yenə də İlqar Məmmədovun fikirlərinə qarşı çıxaraq, bu məsələnin hüquq müstəvisində həllinə tərəfdar olanlardan biriyəm. Təbii ki, məhkəmə işləri ilə mən məşğul olmuram. Hesab edirəm ki, İlqar Məmmədovun psixikaasında çox ciddi problemlər var. Bu baxımdan o, həkimə müraciət etsə, daha yaxşıdır.  Düşünürəm bu məsələ məhkəmə müstəvisində həll olunmalıdır ki, bu cür qanqal toxumları cəmiyyətdən uzaqlaşdırılsın. Deputat həmkarım Siyavuş Novruzov da bildirib ki, bu məsələ öz həllini tapacaq.
İlqar Məmmədovun təkrarən Milli Məclisin ünvanına bu cür ifadə səsləndirməsinin arxasında başqa məqsədlər var. Yəqin istəyir ki, ona hər hansı təzyiq olunsun və bundan sonra gedib Avropada özünə sığınacaq alsın”, - deyə deputat münasibət açıqlayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama