Modern.az

Salyan sakini evində yanaraq öldü

Salyan sakini evində yanaraq öldü

28 Noyabr 2012, 13:15

Salyan şəhər sakini 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyev evində yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, M.Mehdiyevə məxsus Salyan şəhərində yerləşən ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının yanar konstruksiyaları və 2 otağı qismən 44 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama