Modern.az

Serjik Xankəndidə ölən anasının dəfninə GƏLƏCƏK?

Serjik Xankəndidə ölən anasının dəfninə GƏLƏCƏK?

Qarabağ

7 Noyabr 2021, 14:26

Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın anası Nora Sarkisyan 93 yaşında ölüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nora Sərkisyan Xankəndidə yaşayırdı. Dəfn də elə Xankədidə keçiriləcək.

Belə ki, vida mərasiminin (panxida) noyabrın 8-də saat 18:00-da Xankəndidəki Müqəddəs Akop kilsəsində, dəfnin isə noyabrın 9-da saat 12:00-da olacağı bildirilir.


Hazırda Ermənistanda olan Serjik Sarkisyanın dəfn üçün Xankəndiyə gəlib-gəlməyəcəyi barədə məlumat verilməyib. 

Qeyd edək ki, Sarkisyanın arvadı Rita Sərkisyan ötən ilin noyabrında koronavirusdan ölmüşdü. 


A.Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi